Rusiya və Türkiyə yaxın vaxtlarda ən yüksək səviyyədə taxıl sazişini müzakirə edə bilər.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə RİA Novosti-yə sövdələşmə üzrə danışıqlardan xəbəri olan mənbə bildirib.
Mənbə danışıqlar üçün hələlik konkret tarix olmadığını qeyd edib.
O əlavə edib ki, BMT və Türkiyə Rusiya kənd təsərrüfatı məhsulları və ammonyakın bazarlara çıxarılmasına maneələrin aradan qaldırılması üzərində işləyir, danışıqlar davam edir.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.
Müqavilənin müddəti 18 noyabr 2022-ci ildə başa çatıb, lakin tərəflərdən hər hansı biri etiraz etmədiyi təqdirdə 120 gün müddətinə avtomatik uzadılmasını nəzərdə tutulur. Rusiya Xarici İşlər Nazirliyi buna etiraz edilmədiyini, eyni zamanda Rusiya tərəfinin Ukrayna taxılının ixracı üçün “Qara dəniz təşəbbüsü”nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verildiyini qeyd edib.
Murad Məmmədli





jpg-1679462482.webp)









