• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Müəllimlərin təkrar imtahanların vaxtı AÇIQLANDI

CƏMİYYƏT

31 Iyul 2021 | 13:54 | Müəllif: Subhan Mahmudov

Müəllimlərin təkrar imtahanların vaxtı AÇIQLANDI

Təhsil Nazirliyi müəllimlər üçün təkrar imtahanların keçiriləcəyi tarixi açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün müəllimlərin işi qəbulu müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. 

Belə ki, avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub. 

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026