• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Müharibə Rusiyanın bir neçə hissəyə bölünməsinə səbəb ola bilər”  - Ekspert

DÜNYA

21 Sentyabr 2022 | 17:39 | Müəllif: Qalib İbrahimoğlu

“Müharibə Rusiyanın bir neçə hissəyə bölünməsinə səbəb ola bilər” - Ekspert

“Rusiya prezidenti Vladimir Putin Ukrayanda döyüşmək məqsədi ilə orduya əsgər toplamaq üçün qismən səfərbərlik edib. Rusiya Müdafiə Nazirliyi və şəxsən müdafiə naziri, ordu generalı Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində təqribən 300 min şəxsin ordu sıralarına cəlb ediləcəyini açıqlayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, digər tərəfdən,  Şoyqu bildirir ki, Rusiya bu günə kimi Ukraynada itirdiyi hərbi qulluqçuların sayı 5937 nəfərdir: “Əlbəttə, qismən səfərbərlik və itkilərlə bağlı açıqlanan rəqəmlər arasında uyğunsuzluq var. Nəzərə alsaq ki, Rusiya müharibə başlayan zaman Ukrayna cəbhəsində 200 minə qədər döyüşçüsünün olduğunu elan etmişdi. İndi belə bir halın baş verməsi şübhələri artırır”.

Bundan əlavə qeyd etmək lazımdır ki, müharibə əleyhdarları olan “Vesna” Gənclər Hərəkatı qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan edib. “Fəallar vətəndaşları bu gün, Moskva  vaxtı ilə saat 19:00-da yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıblar. Həmçinin alsiya şitirakçıları aksiyanı “Məzarlaşmağa yox” şüarı adı altında keçirəcəklər”.

S.Hümbətov bildirib ki,  aksiya iştirakçılarını vəziyyətlə əlaqədar olaraq bəyanat yayıblar: “Həmin bəyanatda deyilir ki, “Minlərlə Rusiya kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcək? Putinin sarayı üçün? İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Hakimiyyət deyirdi ki, ancaq “peşəkarlar” döyüşür və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər və məhbuslar cəbhəyə cəlb olunmağa başlayıb. İndi də səfərbərlik elan olunub. Beləliklə, vəziyyət son dərəcə ağırdır. Müharibə artıq “orada” deyil - ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər”.

Ekspert bildirib ki, hər gün səfərbərliyə ehtiyac olduğunu deyən deputatlar, məmurlar sağ-salamat isti kreslolarında qalacaqlar: “ Hesab edirik ki, onları səfərbər etmək və Ukraynaya göndərmək lazımdır - qoy xəstə fantaziyaları üçün ölsünlər və adi oğlanları ölümə göndərməsinlər”.

Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, səfərbərliklə bağlı qərar imzalanandan sonra, Moskvadan Tibilisi, İstanbul və İrəvana olan biletlər tamamilə satılıb. Bu isə ondan xəbər verir ki, Rusiyadakı sadə vətəndaşlar müharibənin açısını həm döyüş meydanında, həm iqtisadi sanksiyalar altında, həm də dünyadan təcrid edilməklə hiss edirlər. “Hesab edirəm ki, hadisələr belə davam edərsə Rusiya Ukraynada məğlub olmaqla yanaşı həm də ölkə daxilində ciddi problemlər yaşaya bilər ki, bu da son nəticədə onun bir neçə hissəyə bölünməsinə səbəb ola bilər”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026