• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mülki ermənilər Laçın postundan keçir  - VİDEO

CƏMİYYƏT

06 Iyun 2023 | 14:47

Mülki ermənilər Laçın postundan keçir - VİDEO

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinləri arasında xəstələrin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, səhhətində müəyyən problemlər yaranan Qarabağın erməni sakinləri təcili yardım maşını ilə adıçəkilən istiqamətdə sərhəd-buraxılış məntəqəmizdən maneəsiz, çox rahat şəkildə keçməklə Ermənistana yol alıblar.

Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR