• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Müxalifət kənardan aldığı dəstəklə Paşinyanı devirərsə... - AÇIQLAMA

SİYASƏT

02 May 2024 | 15:30

Müxalifət kənardan aldığı dəstəklə Paşinyanı devirərsə... - AÇIQLAMA

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda keçiriləcək görüş çox vacibdir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

Ekspert bildirib ki, Qazaxıstanda 1991-ci ildə qəbul edilmiş Almatı bəyannaməsinin prinsipləri sülh müqaviləsində və sərhədlərin müəyyənləşməsində əsas rolunu oynamaqdadır:

"Azərbaycan və Ermənistan rəhbərliyi, o cümlədən digər rəsmilər bir neçə məkanda görüşlər keçiriblər. Vaşinqton, Brüssel və Moskva formatları gündəmdə olub. Təbii ki, Qazaxıstan digər platformalardan fərqlənir. Əgər Almatıda tərəflərin görüşü baş tutarsa, müəyyən nəticələri olarsa, delimitasiya və demarkasiya prosesi dərinləşərsə, geriyə sadəcə sülh sazişinin imzalanması məsələsi qalacaq. Amma onu da nəzərə alaq ki, Ermənistan tərəfi mütləq konstitusiya dəyişikliyinə getməlidir. Ərazi iddialarından, qondarma soyqırım məsələsindən və "Miatsum" anlayışından birdəfəlik, rəsmən imtina etməlidir. Düzdür, hazırda Ermənistan baş naziri Nikol Paşinyan hökumətinə qarşı etiraz aksiyaları keçirilir. Amma bunlar elə miqyasda deyil ki, Paşinyanın atacağı addımlara əngəl törətsin".

Fuad Abbasov: Ermənistan ərazi iddialarından, qondarma soyqırım məsələsindən birdəfəlik imtina etməlidir

F.Abbasov vurğulayıb ki, istənilən halda konstitusiya dəyişikliyi və referendum Paşinyan üçün ciddi sınaq olacaq. Onun sözlərinə görə, Paşinyan bu sınaqdan çıxmağı bacararsa, erməni ictimaiyyətini arxasında apara bilərsə, nəhayət Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurarsa, o zaman Ermənistanın baş naziri kimi böyük bir tarixi missiyanı yerinə yetirmiş olacaq:

“Ancaq müxalifət kənardan aldığı dəstəklə Paşinyanı devirməyə nail olarsa, sülh prosesi dalana dirənəcək və sazişin imzalanması qeyri-mümkün hala gələcək".

Qeyd edək ki, Ermənistan və Azərbaycan Almatıda danışıqlarda iştirak edəcəyini təsdiqləyib. Qazaxıstan XİN-in açıqlamasında deyilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Mirzoyan və Bayramov arasında Almatıda görüş barədə razılığın olduğunu təsdiqləyib. İki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası Ermənistan və Azərbaycana son səfərləri zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

Aydın Baxış


SON XƏBƏRLƏR

16 May 2024