Myanmada fevral ayından bəri hərbi rejim qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 962-ə çatıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner deyib.
Onun sözlərinə görə, toqquşmalarda minlərə insan insan xəsarət alıb.
K.Şraner 7 mindən çox etirazçının həbs edildiyini bildirib.
















