• Bakı 17° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Gündəm

16 Aprel 2024 | 16:56

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işini Fərid Namazovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, eks-deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR