• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazir koronavirus peyvəndindən sonra xəstəxanalıq oldu

DÜNYA

10 Mart 2021 | 00:27

Nazir koronavirus peyvəndindən sonra xəstəxanalıq oldu

Avstraliyanın Səhiyyə naziri Qreq Hant koronavirusa qarşı “AstraZeneca” ilə vaksinasiyadan sonra xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

Vaksin vurulan nazirin bir neçə gün sonra naməlum infeksiya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilir.

Nazirdə hansı simptomların olduğu deyilməsə də, onun antibiotiklər qəbul etdiyi və gecə nəzarət üçün xəstəxanada qalacağı məlumdur.

“Nazirin tam sağalmağı gözlənilir. Onun vəziyyətinin vaksinlə əlaqəli olmadığı hesab edilir”, - deyə nümayəndələri qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026