• Bakı 17° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

NİİM: Yolların buz bağlaması qəzalara səbəb olub

HADİSƏ

25 Fevral 2025 | 11:34

NİİM: Yolların buz bağlaması qəzalara səbəb olub

Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib.

    Bununla yanaşı, digər bir yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb:

    "Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb".


    SON XƏBƏRLƏR

    28 Sentyabr 2025