• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Nikol Paşinyan Türkiyəyə səfər edəcəyinə söz verib" - Çavuşoğlu

DÜNYA

27 Yanvar 2022 | 15:51

"Nikol Paşinyan Türkiyəyə səfər edəcəyinə söz verib" - Çavuşoğlu

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edir. Xüsusi nümayəndələrin Moskvada ilk görüşünün olduğunu xatırladan XİN başçısı vurğulayıb ki, onlar mütəmadi olaraq telefonla əlaqə saxlayırlar:

"Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistanın Baş naziri Nikol Paşinyan da gələcəyini deyib. Gəlsələr, məmnun olarıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026