• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Nura ona şər-böhtan atanlardan yazdı: "Məəttəl qalıram"

MƏDƏNİYYƏT

09 Noyabr 2022 | 20:25

Nura ona şər-böhtan atanlardan yazdı: "Məəttəl qalıram"

“Əvvəl ancaq dövlət tədbirlərindən, efirdəki çıxışlarımdan paylaşımlar edirdim. Toy, banketlərdən ana səhifədə heç nə paylaşmırdım, arada hekayə bölməsində görüntülər yerləşdirirdim. İnstaqramda format dəyişəndən sonra “reels”lər bölüşürəm. O da Kazım Sübhan deyəndən sonra. Deyir ki, paylaşmırsan elə bilirlər tədbirlərə getmirsən. Düz də deyir. Çünki bir neçə dəfə məni toyda görüb yaxınlaşıb “siz toya da gedirsiz? Bizə demişdilər getmirsiz axı” sözlərini deyiblər".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi bəzi həmkarlarının onun tədbirlərə getməsinə mane olduğunu bildirib:

"Deməli, tədbirlə bağlı təşkilatçılardan məni soruşanda deyiblər ki, toya getmir, Bakıda yoxdur, Amerikaya köçüb və sairə. Hələ bir məşhur kişi müğənni deyib ki, Nura ancaq türk mahnıları oxuyur, nə edirsiniz onu? Başqa biri də deyib ki, müxalifətçidir, çox yazıb-pozur. Yerə girəsiniz elə!

Arada insanların əclaflığına məəttəl qalıram. Yəni, çörəyimə bais olmaqla nə əldə edirlər, anlaya bilmirəm. Həm də şər-böhtan atmaqla".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026