Odessa limanından çıxan qarğıdalı yüklü ilk gəmi sabah yerli vaxtla təxminən saat 15:00 İstanbul boğazına çatacaq.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, gəmi Müştərək Koordinasiya Mərkəzində çalışan bütün tərəflərin üzvlərin iştirakı ilə gəminin yoxlanmasından sonra yoluna davam edəcək.
















