• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu: “DTX-nin hospitalındadır”

MƏDƏNİYYƏT-ŞOU

28 Mart 2023 | 16:14

Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu: “DTX-nin hospitalındadır”

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.

Bakıvaxtı.az xəbər verir  ki, Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır:

“Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ müalicələri davam edir. Qolunda və qabırğasında çat var”.

O, bacısı Dilarə Əliyeva haqda belə deyib: “Toparlanmağa, özünə gəlməyə çalışır”.

Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin araşdırılmasından da danışıb:

“Hələ analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək”.


SON XƏBƏRLƏR

18 Mart 2024