• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Övladlığa verilən uşaqların sayı AÇIQLANDI

CƏMİYYƏT

29 Noyabr 2023 | 16:27

Övladlığa verilən uşaqların sayı AÇIQLANDI

"2019-cu ildən bu günə qədər Azərbaycanda 484 uşaq övladlığa verilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Himayədar ailə modelindən danışan nazir müavini bildirib ki, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb, tərbiyə almasının təmin edilməsidir:

"Bu günə qədər 326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423 uşaq isə müəssisələrdən ailələrinə inteqrasiya edilib. Nazirlik valideynlik vəzifələrini icra etməyən və ya valideynlik hüquqlarından sui-istifadə edən valideynləri çəkindirmək, uşaqların maraqlarını qorumaq məqsədilə məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddialar qaldırmaq səlahiyyətinə də malikdir. Hazırda nazirliyin iddiaçı olduğu 6 məhrumetmə və 1 məhdudlaşdırma olmaqla 7 belə iş üzrə məhkəmə icraatı aparılmaqdadır".


SON XƏBƏRLƏR

20 Dekabr 2024