• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Özbəkistanın Baş naziri Füzuli rayonuna səfər etdi

GÜNDƏM

19 Iyul 2023 | 21:58 | Müəllif: Subhan Mahmudov

Özbəkistanın Baş naziri Füzuli rayonuna səfər etdi

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Abdulla Aripov əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonağa Füzulidə gedən təmir, bərpa və quruculuq işləri, şəhərin inkişaf perspektivləri, eləcə də investisiya potensialı barədə geniş məlumat verib.

    A.Aripov 30 ilə yaxın işğal altında qalmış Füzulidə törədilmiş vandalizmin izlərinin şahidi olub. Baş nazirə şəhərin dağıntılara məruz qalmış tikililəri, terrora uğramış təbiəti barədə də məlumat verilib.

    Sonra Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunan və tikinti prosesi davam edən məktəbə baxış keçirilib.

    Qeyd olunub ki, Füzuli şəhərində həm yaşayış binalarının, həm də orta məktəbin tikintisinin yaxın müddətdə tamamlanması və Böyük Qayıdış Proqramının icrasına əsasən ilk sakinlərin köçürülməsi planlaşdırılır.

    Baş nazir Abdulla Aripov məktəbin tikintisində çalışan özbəkistanlı inşaatçılarla görüşüb, xatirə şəkli çəkdirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026