• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistan Taliban liderini həbsdən buraxdı

DÜNYA

19 Avqust 2021 | 16:08

Pakistan Taliban liderini həbsdən buraxdı

Pakistan hökuməti Taliban lideri Molla Məhəmməd Rəsulu həbsdən buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Pajhvok" agentliyi məlumat yayıb.

Xatırladaq ki, 2015 -ci ilin yayında, Talibanın qurucusu və lideri Molla Məhəmməd Ömərin öldüyü rəsmən elan edildikdə, müavinlərindən Molla Axtar Mansur özünü varisi elan etdi. Hərəkatın bir sıra liderləri, müxalif qrupa rəhbərlik edən Molla Məhəmməd Rəsul da daxil olmaqla, bununla razılaşmadılar. 2016 -cı ilin martında Rəsul Pakistan hakimiyyəti tərəfindən həbs edildi. Bir qədər sonra, 22 mayda Mansur Amerika pilotsuz təyyarələrinin zərbəsi nəticəsində öldürüldü.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026