• Bakı 10° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Paşinyan hakimyyətini qoruya biləcək? - Yeni ifşa məlumatları ola bilər

DÜNYA

09 Dekabr 2025 | 12:33

Paşinyan hakimyyətini qoruya biləcək? - Yeni ifşa məlumatları ola bilər

“Ermənistanda son vaxtlar baş verənlər bilavasitə qarşıdakı seçki ilə bağlıdır”.

Bunu siyasi şərhçi Həsrət Rüstəmov Ermənistanda cərəyan edən hadisələri Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələnin ən vacib tərəfi odur ki, Nikol Paşinyan həm rəqiblərinə qarşı mübarizə aparmağa, həm də Moskvanın ölkəsindəki oyunlarını ifşa etməyə məcburdur:

"Bu, Paşinyanın vəziyyətini nə qədər mürəkkəbləşdirsə də, baş nazir bunu etməyə məcburdur. Çünki Paşinyan öz xalqına onun sələflərinin hansı zərbələr vurduğunu, gələcəkdə onları, yəni Rusiyayönümlülərin yenidən hakimiyyətə qayıtmasının nə qədər təhlükəli olduğunu göstərmək məcburiyyətindədir. Paşinyanın keçmiş münaqişənin həllinə dair gizli danışıq sənədlərini yayması da bu istiqamətdə atılmış addımlardan biridir”.

Həsrət Rüstəmov: Ermənistanda Rusiya imperializmindən uzaqlaşma cəhdləri uğurlu gedir

Müsahibimizə görə, növbəsini gözləyən daha ciddi məlumatlar da var və yaxınlarda yayımlanacaq.

“Bir sözlə, Ermənistanda Rusiya imperializmindən uzaqlaşma cəhdləri kifayət qədər uğurlu gedir. Əgər Paşinyan bu siyasəti seçkilərə qədər davam etdirə bilsə, növbəti dəfə hakimiyyəti əlində saxlaya biləcək", - deyə Həsrət Rüstəmov qeyd edib.

Bildirək ki, 2026-cı ildə keçiriləcək parlament seçkisi yaxınlaşdıqca, Ermənistanın baş naziri Nikol Paşinyan siyasi rəqiblərinə və kilsəyə qarşı mübarizəni gərginləşdirir. Hətta bu istiqamətdə radikal addımlardan belə çəkinmir. Özünə, hakimiyyətinə qarşı gördüyü şəxsləri dərhal neytrallaşdırır. Bununla yanaşı, parlament seçkilərinə hazırlıq çərçivəsində həm siyasi komandasında, həm də ölkədəki ictimai və təhlükəsizlik sahələrində ciddi dəyişikliklər həyata keçirir.

Hazırkı deputatların böyük hissəsinin yeni siyahıya daxil edilməyəcəyi gözlənilir. Məlumata görə, parlamentdəki "Mülki Müqavilə" fraksiyasının təxminən 80 faizi yenilənəcək. Yeni siyahı "Eeal Ermənistan" adı altında təqdim olunacaq. Seçicilərə köhnələrin həll edə bilmədiyi problemlərin yeni kadrlar tərəfindən həll ediləcəyi mesajı verilir. Bu, Paşinyanın həm seçici auditoriyasına, həm də siyasi rəqiblərinə yönəlmiş açıq mesajdır. Paşinyan həmçinin hakim komandası üçün yeni etik kodeks tətbiq edib.

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə aqressiv ritorikadan çəkinmək tövsiyə olunur. Bildirilir ki, bu addım seçkiqabağı imici yaxşılaşdırmaq məqsədi daşıyır. Qeyd edək ki, Nikol Paşinyan 2026-cı il parlament seçkilərində partiyanın seçki siyahısına rəhbərlik etməyə və baş nazirliyə namizəd olmağa iddialıdır.

Aydın Baxış


SON XƏBƏRLƏR