• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Paşinyan: “Regional düşmənçiliyə imkan verməyəcəyik“

SİYASƏT

10 May 2021 | 10:07

Paşinyan: “Regional düşmənçiliyə imkan verməyəcəyik“

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan "Türklərlə düşmənçiliyin" idarə edilməli olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Martuni şəhərinin sakinləri ilə görüşündə danışıb.  Paşinyan bildirib ki, regional  düşmənçiliyin idarəolunmaz hala gəlməsinə icazə verməyəcək: “Uşaqlara dinc, sabit bir bölgə qoymalıyıq və düşmənçilik idarəolunan olmalıdır. Əks təqdirdə yalnız Ermənistan üçün deyil, həm də bölgə üçün bir fəlakətlə üzləşməli olacağıq”.

Agentlik xatırladır ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasındakı sərhəd 1993-cü ildən bəri Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasındakı gərginlik Ankaranın Azərbaycanın Qarabağ problemindəki mövqeyini dəstəkləməsindən qaynaqlanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026