Respublikaçı Konqresmen Maykl MakKol, partiyadakı həmkarları və Demokratların nümayəndələri 2022 Oyunlarının Pekindən köçürülməsi tələbi ilə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət etdiblər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçilər təşkilatın Qış Olimpiya Oyunlarını Uyğurların və digər milli azlıqların soyqırımının baş verdiyi bir ölkədə təşkil edərək öz prinsiplərini pozduğunu və öz nüfuzuna xələl gətirdiyini düşünürlər. ABŞ Konqresində Çin rəhbərliyinə beynəlxalq aləmdəki imicini yaxşılaşdırmaq üçün bir şans verilməməsi də əlavə edilib.
7 aprel tarixində ABŞ xarici müttəfiqləri və tərəfdaşları ilə birlikdə Çində keçiriləcək Olimpiadaların boykot edilməsini müzakirə etmək istədəyiblər. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Oyunları birgə boykot etmək təklifini barədə düşündüyünü söyləyib.
Qəyd edək ki, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcəkdir.













_village%2C_Kəlbəcər_(Kelbadzhar)_district%2C_Karabakh%2C_Azerbaijanjpg-1625642243.webp)


