• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pitonları yemək təklif edildi

DÜNYA

18 Mart 2024 | 12:02

Pitonları yemək təklif edildi

Dünyanın ən böyük pitonlarını yemək təklif edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avstraliya , Böyük Britaniya , Vyetnam və Cənubi Afrikadan olan bir qrup alim deyib.

Tədqiqatçılar 12 ay ərzində Tayland və Vyetnamdakı fermalarda torlu və tünd pələng pitonlarının çoxalmasını müşahidə ediblər.

Onlar müəyyən edib ki, bu şəkildə istehsal olunan ətin daha çox yayılmış mal əti ilə müqayisədə bir çox üstünlüyü var.

Belə ki, dünyanın ən böyük ilanları arasında sayılan bu ilanlar tez böyüyüb və aylarca ac qaldıqdan sonra da arıqlamayıblar. Eyni zamanda, hər kiloqram piton əti üçün cəmi 1,2 kiloqram yem xərclənməli idi. Müqayisə üçün qeyd edək ki, toyuq və digər quş ətinin kiloqramına 2,8 kiloqram yem, mal ətinin kiloqramına on kiloqram yem xərclənir.

Qeyd edək ki, torlu pitonlar dünyanın ən böyük ilanları hesab olunur. Onların uzunluğu yeddi metrdən çox ola bilər. Tünd pələng pitonlarının uzunluğu adətən 3,7 metrə qədər böyüyür.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026