• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

PKK başçılarından biri zərərsizləşdirildi

DÜNYA

15 Yanvar 2024 | 11:14

PKK başçılarından biri zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı - MİT) əməkdaşlarının İraqın Metina bölgəsində reallaşdırdığı əməliyyat nəticəsində PKK terror qruplaşmasının dəstə başçılarından biri Hülya Mercen zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, İraqın həmin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi bir müddət əvvəl şəhid olub.

Məlumata görə, H.Mercen Türkiyə 1991-2001-ci illərdə Türkiyə ərazisində, xüsusilə Tuncelidə törədilən bir çox terror hücumlarında iştirak edib. O həmin illərdə Türkiyənin ətraf kəndlərində fəaliyyət göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026