• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

PKK-ya qarşı antiterror əməliyyatı keçirildi

DÜNYA

02 May 2023 | 10:11

PKK-ya qarşı antiterror əməliyyatı keçirildi

Türkiyənin Mardin vilayətində 9 məhəllədə PKK terror təşkilatına qarşı antiterror əməliyyatı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təşkilat rəhbərlərinin də olduğu terror təşkilatı üzvlərinə qarşı keçirilən əməliyyat nəticəsində Tekağaç, Sapanlı, Çağrıcık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində Türkiyə saatı ilə 04:00-dan ikinci bir əmrə qədər küçəyə çıxmaq qadağan edilib.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026