• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Podolyak İranı ittiham etdi - "Öz xalqına zülm edən İran..."

DÜNYA

17 Oktyabr 2022 | 16:35

Podolyak İranı ittiham etdi - "Öz xalqına zülm edən İran..."

“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.

M.Podolyakın fikrincə, Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.

Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026