• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Polşa Belarusla sərhəddə hündürlüyü 2,5 metr olan sədd çəkəcək

DÜNYA

23 Avqust 2021 | 22:49 | Müəllif: Subhan Mahmudov

Polşa Belarusla sərhəddə hündürlüyü 2,5 metr olan sədd çəkəcək

Polşa Belarusla dövlət sərhədini möhkəmlətmək qərarına gəlib. Buna səbəb son zamanlar Belarusdan ətraf ölkələrə qanunsuz miqrant axınının kütləvi hal almasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak məlumat verib.

Məlumata görə, müvafiq istiqamətdə aparılan işlər çərçivəsində sərhəddə hündürlüyü 2,5 metrə çatacaq səddin inşası planlaşdırılır. Sədd bir neçə qatlı tikanlı məftillərlərdən ibarət olacaq.

Qeyd edək ki, Polşa və Belarus arasındakı dövlət sərhədinin uzunluğu 418 km-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR