BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu və bu tədbirə Azərbaycana gələn insanların sayı onun əhəmiyyətini nümayiş etdirir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
O vurğulayıb ki, Azərbaycan “yaşıl enerji”ni fəal şəkildə inkişaf etdirir, elektrik enerjisi istehsalı üçün qaz və su ehtiyatlarından istifadə edir.