• Bakı -0° C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Prezident “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

SİYASƏT

18 Fevral 2025 | 15:58

Prezident “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Bakıvaxtı.az xəbər verir  ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

***

13:45

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR