Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib:
“Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.
Depuatat Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə and içmə mərasimində geniş, əhatəli, proqram xarakterli çıxışında ən vacib məqamlardan biri də Ermənistan havadarlına çox ciddi mesajlar yollaması idi. Onun sözlərinə görə, mesajların mahiyyəti ondan ibarət idi ki, bu gün Ermənistan sülhdən danışır, ikitərəfli razılaşmaya maraqlı olduğu deyir, belə bir fon yaradır, ancaq bir yandan da hərbi təxribatlar törədir:
“Fevralın 12-də sərhəddə baş vermiş təxribat da bunun təsdiqidir. Bu, təsadüfən baş vermir. Ermənistana çox pis məsləhət verən tərəflər var".
Müsahibimiz qeyd edib ki, dövlətimizin başçısı həmin tərəflərə müraciət edərək xəbərdarlıq etdi ki, özünüzü yığışdırın, heç bir cəhdiniz, anti-Azərbaycan fəaliyyətiniz nəticə verməyəcək:
"44 günlük Vətən müharibəsində zəfərə imza atdıq, qarşısını ala bilmədiniz, 19 sentyabr antiterror əməliyyatları həyata keçirdik, maneə ola bilmədiniz. Bundan sonra da heç nəyə mane ola bilməyəcəksiniz. Çünki bizim işimiz haqq işidir, öz haqqımızı tələb edirik. Bizim heç kimin torpağında gözümüz yoxdur, kiminsə Azərbaycan torpağına qəsd etməsinə də imkan vermərik. Ona görə, gedib öz işinizlə məşğul olun. Cənab president bu konteksdə, həm də vurğuladı ki, Azərbaycanın xarici siyasətinin əsas hədəflərindən biri də islamafobia meyillərinə qarşı mübarizənin fəal iştirakçısı olmaqdır".

Elman Nəsirov, millət vəkili
E.Nəsirov vurğulayıb ki, eyni zamanda yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizə edən tərəflərin yanında yer alacağıq:
“Bu prosesdə Fransa xüsusi rol oynayır, birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Fransa Afrikadan qovulduqdan sonra Cənubi Qafqazda möhkəmlənmək istəyir. Bunu Ermənistan vasitəsilə həyata keçirmək niyyətindədir. Cənəb prezidentin bu çıxışı, ilk növbədə, Fransa hakimiyyətinə yönəlmişdi ki, onlar bihudə işlərlə məşğul olmasın, regionumuza əl uzatmasın və Azərbaycanın işlərinə qarışmasınlar".
Aytac Aslan











jpeg-1710507399.webp)




