Müğənni Pünhan Piriyev atasının ölümündən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, “Maqazin plus” verilişinə müsahibə verən ifaçı atası ilə bağlı xatirələrini bölüşüb.
Atası dünyasını dəyişəndə ifaçı toyda olub:
“Ölümü ani oldu. Mən toyda idim, birlikdə çalışdığımız dostlar var, onlar mənə dedilər ki, “atanın halı dəyişib, amma narahat olma, gəl, gedək”. Mən onda hiss etdim, məndən gizlədirdilər, ancaq hiss etdim ki, nəsə olub. Telefonumu “uçuş” rejminə atdım ki, Şəmkirdən Hacıqabula, kəndimizə gələnə qədər zəng gəlməsin. Düzdür, ürəyimə dammışdı, amma yenə də bir ümid, dedim bəlkə atam sağdı… (Kövrəlir) Gəldim, gördüm ki, həyətimizdə insanlar var. Atam çoxdan dünyasını dəyişmişdi…”
Qeyd edək ki, müğənninin atası Rəhman Piriyev bir neçə həftə öncə dünyasını dəyişib.
Ziyafət Əlisoy
















