• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Putin iki istiqamətdə Avropaya təzyiqi artırır

DÜNYA

23 May 2022 | 14:39

Putin iki istiqamətdə Avropaya təzyiqi artırır

Vladimir Putinin məqsədi təkcə Ukraynada müharibənin yaratdığı ərzaq böhranı deyil, həm də miqrasiya böhranıdır. Rusiya Prezidentinin hesablamasına görə, taxıl tədarükünün kəsilməsindən sonra aclıqla üzləşən insanlar bu bölgələrdən qaçaraq, Avropaya getməyə çalışacaqlar. Vaxtilə müharibənin dəhşətindən qaçan milyonlarla suriyalı kimi...

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın Rusiyadakı keçmiş səfiri Rüdiger fon Fritş deyib.

O bildirib ki, yeni qaçqın dalğası ilə Putin Avropada sabitliyi pozmaq və Qərb hökumətlərinə Rusiyaya qarşı sərt mövqeyindən əl çəkmələri üçün siyasi təzyiq göstərmək istəyir:

"Bu, yeni hibrid müharibədir. Ukrayna ərazisində müharibə tezliklə bitməyəcək. Çünki Putin indi öz hakimiyyətini saxlamaq məsələsi ilə üzləşib. Ona görə də müharibənin davam etməsi və genişlənməsi ehtimalı yüksəkdir".


SON XƏBƏRLƏR

23 Aprel 2024