• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putin, Merkel və Makron Qarabağı MÜZAKİRƏ EDƏCƏK

DÜNYA

30 Mart 2021 | 12:36

Putin, Merkel və Makron Qarabağı MÜZAKİRƏ EDƏCƏK

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmauel Makronla telefonda danışacaq.

Yaxın günlərdə baş tutacaq telefon danışığı zamanı əsas müzakirə mövzusu Ukraynanın Donbas regionunda yaranmış vəziyyət və Minsk razılaşmaları olacaq.Paralel olaraq, liderlər Qarabağda mövcud durumu, “Şimal axını – 2” layihəsini, vaksinlərin sertifikatlaşması və bazara sərbəst buraxılmasını müzakirə edəcək.

Rəsmi Berlin siyasətçi Aleksey Navalnı ilə bağlı məsələni, Belarusda seçkisonrası vəziyyəti və Moskvaya qarşı sanksiyaları müzakirə etməyi də planlaşdırır. Putinin Avropa liderləri ilə danışıqlarının gərgin keçəcəyi proqnozlaşdırılır(modern.az).

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026