• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putin Ziniçevlə vida mərasimində göz yaşlarını saxlaya bilmədi - VİDEO

DÜNYA

10 Sentyabr 2021 | 15:39

Putin Ziniçevlə vida mərasimində göz yaşlarını saxlaya bilmədi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri, ordu generalı Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib.

O, xatirə lövhəsinin önünə gül dəstəsi qoyub və mərhum nazirlə vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Ziniçevin ailə üzvlərinə başsağlığı verən Rusiya lideri göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Ziniçev Norilskdə keçirilən təlim zamanı kinorejissor Aleksandr Melniki xilas edərkən həlak olub.

Bir gün sonra Vladimir Putin ona "Rusiya Qəhrəmanı” adını verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026