• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putinə təzyiqləri artırmalıyıq - Barbok

DÜNYA

26 Fevral 2024 | 12:08

Putinə təzyiqləri artırmalıyıq - Barbok

“Putin hazırda sülh istəmir".

Bakıvaxtı.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Odessaya səfəri deyib.

Almaniya xarici siyasət idarəsinin rəhbəri  Ukrayna münaqişəsi ilə bağlı Rusiya prezidentinə təzyiq göstərməyi tələb edib. 

“Putin hazırda sülh istəmir. Və o bu münaqişəni dayandırana qədər və biz onu dayandırıb tankları geri çəkə bilməyənə qədər Ukraynaya hərbi dəstək verməyə davam etməliyik”.

Onun sözlərinə görə, həmçinin Çin, İran və Şimali Koreyaya beynəlxalq səviyyədə maksimum təzyiq göstərmək lazımdır .

Qeyd olunur ki, iki il ərzində Almaniyanın Ukraynaya göstərdiyi və planlaşdırdığı yardımın ümumi həcmi 32 milyard avro təşkil edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026