• Bakı C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Qadın futbolunda qalmaqal - VİDEO

İDMAN

30 Noyabr 2024 | 09:29

Qadın futbolunda qalmaqal - VİDEO

Futbol üzrə qadınlardan ibarət U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Ermənistan oyununda qalmaqal yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, matçın əsas vaxtına 3 dəqiqə əlavə olunsa da, tabloda vaxt 92:10-u göstərəndə hakim final fitini çalıb.

Bundan sonra ukraynalılar qələbəni qeyd edərək bir-birini qucaqlamağa başlayıblar. Lakin tezliklə öz səhvini anlayan hakim final fitini ləğv edib. Nəticədə oyun daha bir neçə dəqiqə uzanıb.

Qeyd edək ki, görüş Ukrayna yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sözügedən görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR