• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qanunsuz tikililərin qarşısı alındı - FOTOLAR

CƏMİYYƏT

18 Iyul 2023 | 14:56

Qanunsuz tikililərin qarşısı alındı - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Nizami küçəsində və Təmanis yaşayış massivində, həmçinin Qala qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.


Qanunsuz tikililərin qarşısı alındı - FOTOLARQanunsuz tikililərin qarşısı alındı - FOTOLARQanunsuz tikililərin qarşısı alındı - FOTOLARQanunsuz tikililərin qarşısı alındı - FOTOLARQanunsuz tikililərin qarşısı alındı - FOTOLARQanunsuz tikililərin qarşısı alındı - FOTOLARQanunsuz tikililərin qarşısı alındı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR