• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Qarabağ” – “Aberdin” oyununun biletləri satışda

İDMAN

17 Avqust 2021 | 18:55 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” – “Aberdin” oyununun biletləri satışda

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) oyununun biletləri bu gündən satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki. biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir. Artıq satışın ilk günündə 3 min bilet azarkeşlər tərəfindən alınıb.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Qeyd edək ki, avqustun 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da başlayacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026