• Bakı 15° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Qarabağ!: Azərbaycanın konkret planı var - Detallar açıqlanacaq

GÜNDƏM

25 Sentyabr 2023 | 13:46

Qarabağ!: Azərbaycanın konkret planı var - Detallar açıqlanacaq

"Ermənistandan dəstəklənən və maliyyələşən Qarabağdakı hərbi birləşmələr artıq məhv edilib. Qarabağda qanunsuz sistem yaradıblar və bunu aradan qaldırmaq üçün müəyyən vaxt lazımdır".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, böyük mərhələ artıq həll edilib və reinteqrasiya prosesi ilə bağlı ilk addımlar atılıb. T.Zülfüqarov bildirib ki, humanitar yardımlar ermənilərə çatdırılıb. “Reinteqrasiyaya aid Azərbaycanın konkret planları var. Bu barədə Prezidentin köməkçisi də bəyanat verib” deyən müsahibimiz qeyd edib ki, planın bəzi konkret məqamları yaxın gələcəkdə ictimaiyyətə açıqlanacaq.

Sabiq nazir qeyd edib ki, Azərbaycan qondarma rejimin qurumları ilə danışıqlardan imtina edib. İndi baş verən təmaslar Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olanlarladır: “Azərbaycan bu adamlarla danışmağa hazırdır. Lakin onlar gəlib yenə köhnə məsələlərdən danışacaqlarsa, bu, uğursuz olacaq. Azərbaycan qanunlarına tabe olmaq istəməyənlər çıxıb gedə bilərlər".

Müsahibimiz Xankəndi və ətraf bölgədə yaşayacaq ermənilərlə bağlı idarəetmə mexanizminə də toxunub: "Proseslər ardıcılıqla aparılır. Onlarla şərtlərimizi necə icra etməyimizin yollarını araşdırırıq. Ümumiyyətlə, indiki mərhələdə hansısa referendum üçün əsas yoxdur. Konstitusiyamızda dəyişikliklər nəzərdə tutulmur. "Dağlıq Qarabağ Muxtar Vilayəti" artıq ləğv olunub və Qarabağ, Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Reinteqrasiya o deməkdir ki, Qarabağdakı erməni əhali hazırda Azərbaycanda mövcud olan qanunlar əsasında yaşayacaqlar”.

Tofiz Zülfüqarov: Böyük mərhələ artıq həll edilib və reinteqrasiya prosesi ilə bağlı ilk addımlar atılıb

Zülfüqarov Xankəndidə müvəqqəti hərbi adminstrasiyanın fəaliyyət göstərəcəyini istisna etmir. Hesab edir ki, orada müəyyən işlər görülməlidir: “Digər tərəfdən həmin ərazilərdə Prezidentin təyin etdiyi nümayəndələr var. Bununla yanaşı təhlükəsizlik orqanlarının təmsilçiləri də Xankəndində olmalıdır. Görüləcək işlər çoxdur və müvəqqəti xüsusi idarəetmə üsullarından istifadə olunacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025