• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qaxda cüyür ovlayan şəxs saxlanıldı

HADİSƏ

21 Yanvar 2022 | 11:49

Qaxda cüyür ovlayan şəxs saxlanıldı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları meşə istiqamətindən gələn “Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilən bir baş cüyür heyvanının kəlləsi və ayaqları, ov əti, eləcə də “İJ” markalı tüfəng aşkar edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Qaxda cüyür ovlayan şəxs saxlanıldıQaxda cüyür ovlayan şəxs saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR