• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaydaları pozan avtobus sürücüsü işdən azad edildi - VİDEO

CƏMİYYƏT

29 Sentyabr 2022 | 10:40

Qaydaları pozan avtobus sürücüsü işdən azad edildi - VİDEO

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb və qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasına düşüb.

Daşıyıcı şirkətdən  bildiriblər ki, sürücü Bakı Şəhər Yol Polisinə dəvət olunub.

Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal cərimə olunub və işdən azad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026