• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qazaxıstan MN bu məlumatı təkzib etdi

DÜNYA

30 Iyul 2023 | 16:37 | Müəllif: Subhan Mahmudov

Qazaxıstan MN bu məlumatı təkzib etdi

Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edərək, bu texnikanın üçüncü ölkənin mülkiyyəti olduğunu və təmir üçün Rusiya Federasiyasına gətirildiyini qeyd edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi geniş bəyanat yayıb.

"Qazaxıstan hərbi texnikasının guya Rusiya Federasiyasına göndərilməsi ilə bağlı məlumatlar reallığa uyğun gəlmir. Bu hərbi texnikanın Qazaxıstan Respublikası ilə heç bir əlaqəsi yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində Qazaxıstan ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mətbuat xidməti xatırladıb ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR