• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ

28 Oktyabr 2021 | 13:06 | Müəllif: Subhan Mahmudov

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Oktyabrın 27-si saat 15 radələrində Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Qəbələ rayon sakini Valeh Cənnətov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən piyada Narıngül Səbzəliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində isə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026