• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qrossi: Azərbaycan bir çox sahələrdə AEBA-nın dəstəyinə arxalana bilər

DÜNYA

25 Sentyabr 2024 | 16:55

Qrossi: Azərbaycan bir çox sahələrdə AEBA-nın dəstəyinə arxalana bilər

Azərbaycan səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində prioritetlərin təşviqində Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) dəstəyinə arxalana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünü şərh edərkən yazıb.

“Biz 2024-2029-cu illər üzrə texniki əməkdaşlıq sahəsində Çərçivə Proqramı imzaladıq. Azərbaycan səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və bir çox digər sahələrdə prioritetlərin təşviqində AEBA-nın dəstəyinə arxalana bilər. COP29-da birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - R.Qrossi qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026