• Bakı C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.8517

    RUB - 0.0242

Rəşad Nəbiyev Adina Valeanla görüşdü

CƏMİYYƏT

01 Dekabr 2022 | 09:50

Rəşad Nəbiyev Adina Valeanla görüşdü

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq, o cümlədən Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) çərçivəsində layihələrin həyata keçirilməsi, Zəngəzur Dəhlizinin gələcəkdə bu şəbəkələrə əlavə olunması məsələləri müzakirə olunub.

Bakıvaxtı.az  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Rəşad Nəbiyev Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində Aİ-nın nəqliyyat komissarı Adina Valeanla görüşüb. Görüşdə Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər də müzakirə predmeti olub.

A.Valeana ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, o cümlədən Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin diqqətə çatdırılıb ki, Orta Dəhliz – Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən multimodal nəqliyyat marşrutu ətrafında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Dəhliz regionun Avropa və qlobal təchizat zəncirlərinə inteqrasiyası üçün müəyyən imkanlar açacaq.


SON XƏBƏRLƏR

03 Fevral 2023