• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rumıniyadan 342 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək - XİN

SİYASƏT

27 Fevral 2022 | 16:39

Rumıniyadan 342 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək - XİN

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi, Türkiyənin Tailwind şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, Azərbaycan hava yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026