• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiya: “Britaniya və ABŞ Qara dənizdə mübahisəyə səbəb olmağa çalışırlar”

SİYASƏT

26 Iyun 2021 | 10:49

Rusiya: “Britaniya və ABŞ Qara dənizdə mübahisəyə səbəb olmağa çalışırlar”

Britaniyanın gəmisi Rusiyanın ərazi sularını pozduqdan sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, London və Vaşinqtonun Qara dənizdə mübahisə yaratmağa çalışdıqlarını söyləyib.

RİA Novosti-nin bildirdiyinə görə, Sergey Ryabkov bu gün (25 iyun) jurnalistlərə verdiyi açıqlamasında, NATO gəmilərinin dünən ölkənin ərazi sularına dəfələrlə qanunsuz girməsi barədə xəbərdarlıq edilib.

“Rusiya sərhədlərinin təhlükəsizliyi vacibdir və diplomatik, siyasi və ya hərbi olaraq hər şəkildə qorunacaq”, - deyə Ryabkov bildirib.

Rusiyalı diplomat Böyük Britaniya esminesinin adını “Defender” (Müdafiəçi) əvəzinə “Hücumçu” kimi dəyişdirməli olduğunu bildirərək, belə deyib: “Gücümüzü sınamaq istəyənlər böyük risklər edirlər. Onlardan ağıllı olmalarını və beynəlxalq hüquqa hörmət etmələrini istəyirik. Əgər təsirli olmasa, bombanı ata bilərik, ancaq (işğalçı gəminin) yoluna yox, bu dəfə onun üstünə”. /deyerler/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR