• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırıq" - Ərdoğan 

DÜNYA

05 Yanvar 2023 | 18:56 | Müəllif: Subhan Mahmudov

"Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırıq" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizilə bağlı məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün yardım və vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazır olduqlarını bildirib.

Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini bildirən dövlət başçısı Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəklərini ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026