• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyada Nevzorova qarşı cinayət işi açıldı

DÜNYA

22 Mart 2022 | 23:20 | Müəllif: Subhan Mahmudov

Rusiyada Nevzorova qarşı cinayət işi açıldı

Rusiya İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərəkətləri haqqında qəsdən yalan məlumatların etibarlı xəbərlər adı altında ictimaiyyətə yayılması) üzrə ittiham olunub.

İstintaq hesab edir ki, Nevzorov martın 9-da “Instagram” səhifəsində və “YouTube” kanalında Rusiya Silahlı Qüvvələri tərəfindən Mariupoldakı doğum evinin qəsdən atəşə tutulması barədə bilərəkdən yalan məlumat yayıb

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Nevzorovla istintaq və prosessual fəaliyyət aparmaq üçün onun yerini müəyyənləşdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026