Rusiyanın baş prokuroru İqor Krasnov Azərbaycana işgüzar səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Baş prokurorun səfərində məqsəd BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etməkdir.
Məlumata görə, İ.Krasnov xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd olunub ki, bu il iqlim sammitində hüquq-mühafizə ictimaiyyətinin iştirakı Azərbaycan Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsi tərəfindən və BƏƏ Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə təşkil edilib.
Heyətin COP29-da iştirakda məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.