• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sabah saat 18:57-də...

CƏMİYYƏT

20 Iyun 2023 | 11:23

Sabah saat 18:57-də...

2023-cü ildə Yay fəsli Azərbaycana 21 iyun saat 18:57-də daxil olacaq.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, həmin gün Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa gündüz və ən uzun gecə olur. Sonra gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir. 

Yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır. 

Qeyd edək ki, Bakı üçün 21 iyunda gündüzün uzunluğu 15 saat 3 dəq 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026