• Bakı 10° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Safrastyan: Türkiyə Ermənistan–Azərbaycan sülhünün imzalanmasında real maraqlıdır

SİYASƏT

09 Dekabr 2025 | 10:01

Safrastyan: Türkiyə Ermənistan–Azərbaycan sülhünün imzalanmasında real maraqlıdır

Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və bu Ankara üçün Cənubi Qafqazda mövqelərin güclənməsi baxımından əhəmiyyətlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri armenpress-ə açıqlamasında erməni türkoloq Ruben Safrastyan bildirib.

Onun sözlərinə görə, Türkiyə sülh sazişindən sonra Ermənistanla münasibətlərin mərhələli normallaşdırılmasına və sərhədlərin açılmasına hazırdır.

Safrastyan həmçinin qeyd edib ki, ABŞ və Aİ də prosesin irəliləməsində maraqlıdır, lakin region onlar üçün birinci dərəcəli prioritet deyil.

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan isə ATƏT-in Vyana sessiyasında sərhədin tam açılmasının regionda kommunikasiya əlaqələrinin genişlənməsində mühüm rol oynadığını vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Dekabr 2025