• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Salah: "Finalda "Real"la qarşılaşmaq istəyirəm"

İDMAN

04 May 2022 | 20:53 | Müəllif: Subhan Mahmudov

Salah: "Finalda "Real"la qarşılaşmaq istəyirəm"

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının yarımfinalına "Vilyarreal"a qalib gəlmələri barədə danışıb.

Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu deyib:

"Finalda "Real"la qarşılaşmaq istəyirəm. Onsuz da bir dəfə finalda bizi məğlub ediblər. Gəlin, yenə oynayaq. Paltardəyişmə otağında hamı xoşbəxt idi Bu gün uğurumuzu qeyd edirik, amma sabah diqqətimizi qarşıdakı matçlara cəmləyəcəyik Komanda üçün hər şeyimi verirəm. Artıq bir kubok qazanmışıq. Qarşıda İngiltərə Kubokunun finalı, Çempionlar Liqasının finalı var. Mövsümün sonunda nə istədiyimi bilirəm".

Qeyd edək ki, "Liverpul" "Vilyarreal"la ilk görüşdə 2:0, cavab matçında isə 3:2 hesabı ilə qalib gəlib. Komanda finalda "Real" - "Mançester Siti" cütünün qalibi ilə qarşılaşacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR